Ən faydalı ədviyyatlardan olan sarıkök orqanizmə müalicəvi, profilaktik və cavanlaşdırıcı təsir edir.
Sarıkökün orqanizmə olan müsbət təsiri bir çox elmi araşdırmalarda öz təsdiqini tapıb.
Milli.Az saglamolun.az-a istinadən bildirir ki, sarıkökün əsas təsiredici komponenti olan “kurkumin” güclü antioksidant, iltihab, mikrob, virus və xərçəng əleyhinə təsirə malikdir.
Hər gün sarıkök əlavə olunmuş 1 stəkan su içmək orqanizmə çox böyük fayda verə bilər. Bunun üçün 1 stəkan (200 ml) ilıq suda 1 qəhvə qaşığı sarıkök və 1 çay qaşığı bal həll edin və acqarına için. Bu möcüzəli içkinin orqanimə olan mühüm faydaları bunlardır:
– Güclü iltihabəleyhinə təsirə malik olduğuna görə artritin simptomlarını (ağrı, şişkinlik) azaldır.
– Şəkərli diabetin inkişafının qarşısını alır.
– Qaraciyərin sağlamlığını qoruyur.
– Metabolik prosesləri yaxşılaşdırır və bununla da arıqlamağa kömək edir.
– Beyinin fəaliyyətini yaxşılaşdırır, beyini cavanlaşdırır.
– Xərçəngin riskini azaldır.
– Ürək-damar sistemi üçün faydalıdır, damarların sağlamlığını qoruyur, damarlarda trombların əmələ gəlməsinin riskini azaldır.
– Antioksidant xüsusiyyətlərə görə orqanizmə olan sərbəst radikalların təsirini azaldır və bununla da orqanizmin qocalmasını ləngidir.
Bu gün Respublikanın hər yerində olduğu kimi Astara rayonunun ümumtəhsil məktəblərində də 2021-2022-ci tədris ilinin ilk dərs günüdür.
İlk dərs günündə Astara rayon İcra Hakimiyyətinin...