Pan-Afrika Parlamentinin prezidenti Azərbaycana səfərə gəlir Böyüt

Pan-Afrika Parlamentinin prezidenti Rocer Nkodo Danq sabah Azərbaycana səfər edəcək.
Milli Məclisdən APA-ya verilən xəbərə görə, səfər dörd gün davam edəcək.
Səfər çərçivəsində Pan-Afrika Parlamenti prezidentinin Milli Məclis sədri Oqtay Əsədov və digər rəsmi şəxslərlə görüşləri nəzərdə tutulur.