Qızıl 9 dollardan çox ucuzlaşıb

Amerika fond bazarında Dow Jones indeksi 0,71% – 23 328,63 bəndədək, S&P 500 0,51% – 2 575,21 bəndədək, NASDAQ isə 0,36% – 6 629,06 bəndədək bahalaşıb.
APA-Economics” xəbər verir ki, Avropa fond bazarlarında FTSE 100 indeksi 0,00% – 7 523,23 bəndədək, Almaniya DAX-ı 0,01% – 12 991,28 bəndədək, Fransa CAC-40-ı isə 0,08% – 5 372,38 bəndədək bahalaşıb.
COMEX-də sonuncu hərraclarda qızılın unsiyasının qiyməti 9,50 dollar azalaraq 1 280,50 dollara, gümüş isə 0,18 dollar azalaraq 17,08 dollara satılıb.