Somalinin paytaxtı Moqadişo şəhərində törədilən partlayış nəticəsində ölənlərin sayı 358 nəfərə çatıb.
APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Somalinin İnformasiya naziri Əbdürrəhman Osman bildirib.
“Son məlumata görə, hadisə nəticəsində 358 nəfər ölüb, 228 nəfər yaralanıb, 56 nəfər itkin düşüb. Yaralılardan 56-sı müalicə üçün Türkiyə, Sudan və Keniyaya göndərilib”, deyə nazir qeyd edib.
Oktyabrın 14-də Somalinin paytaxtı Moqadişonun mərkəzində içərisinə partlayıcı qurğu yerləşdirilmiş yük maşını partladılıb. Terror aktına görə məsuliyyəti heç bir qruplaşma öz üzərinə götürməyib
Qeyd edək ki, “Əl Qaidə” qruplaşması ilə əlaqəli olan “Əş-Şəbab” Somalidə terrorçu fəaliyyətlə məşğuldur. Qruplaşma ölkənin hakimiyyət orqanlarına qarşı silahlı mübarizə aparır.
“Azərbaycanın dövlət müstəqilliyi əbədidir, dönməzdir və bizim qarşımızda duran vəzifə dövlət müstəqilliyini qorumaqdan, əbədi etməkdən ibarətdir.” – Ulu Öndər Heydər Əliyev
Qüdrətli Azərbaycan dövlətinin təməli...