Kataloniya rəhbərinə üç gün vaxt verildi

Kataloniya hökumətinin rəhbəri Karles Puçdemona 3 gün vaxt verilib.

Qeyd edək ki, İspaniyanın Kataloniya əyaləti müstəqillik referendumu keçirib. İspaniyanın Kataloniya muxtar bölgəsində keçirilən referendumda xalqın 90.09 faizi müstəqilliyin lehinə səs verib. Oktyabrın 1-i keçirilən referendumun nəticələrinə görə respublika formasında müstəqil dövlət olmaq hüququ qazanıb. Bundan sonra Kataloniya rəhbəri Karles Puçdemon parlamenti müstəqillik elan etməyi dayandırmağa çağırıb. Lakin sonradan Kataloniya rəhbərliyi müstəqillik haqqında bəyannaməni imzalayıb. Müstəqillik haqqında bəyannamə Kataloniya hökumətinin rəhbəri Karles Puçdemon, onun müavini Oriol Junkeras və region parlamentinin spikeri Karme Forkadel tərəfindən imzalanıb. Bundan sonra sənəd 72 deputat tərəfindən imzalanıb.

İspaniyanın Nazirlər Şurası bu gün keçirdiyi təcili iclasda Konstitusiyasının Kataloniyanın muxtariyyətinin ləğvinə imkan verən 155-ci maddəsinin tətbiq edilməsi barədə qərar qəbul edib. Qərar Senat tərəfindən təsdiq olunmalıdır.  İspaniya parlamentinin yuxarı palatası iclası oktyabrın 27-də keçiriləcək.