Bu gün Türkiyə Super Liqasında “Qalatasaray” və “Fənərbağça” klubları 2017-2018 mövsümündə ilk dəfə üz-üzə gələcəklər. “Report”un məlumatına görə, IX tura təsadüf edəcək qarşılaşma “Türk Telekom” stadionunda oynanılacaq.
Bakı vaxtı ilə saat 20:30-da başlanacaq matçı FİFA referisi Cüneyt Çakır idarə edəcək.
Hazırda “Qalatasaray” 8 oyundan 22 xalla liderdir. “Sarı-qırmızılar” hələ məğlub olmayıblar. “Fənərbağça” isə 14 xalla 5-ci pillədə qərarlaşıb.
Bu, iki komanda arasında 386-cı görüş olacaq. 17 yanvar 1909-cu ildə keçirilmiş ilk derbidə “sarı-qırmızılar” qalib gəlib – 2:0. Lakin əvvəlki 385 matçın 146-da “Fənərbağça”, 123-də “Qalatasaray” qələbə qazanıb. 116 oyunda isə heç-heçə qeydə alınıb. “Fənər”in 532 qoluna “Cim-Bom” 482 qolla cavab verib.
Görüşlərdən 120-si isə Türkiyə çempionatına təsadüf edib. Burada da “sarı-lacivərdlilər” qələbələr nisbətində (50:33) və top fərqində (154-116) öndədirlər.
Son 10 görüşə gəldikdə, “Fənərbağça” 4, “Qalatasaray” 3 qələbə qazanıb. Üç oyunda isə qalib müəyyənləşməyib.
“Azərbaycanın dövlət müstəqilliyi əbədidir, dönməzdir və bizim qarşımızda duran vəzifə dövlət müstəqilliyini qorumaqdan, əbədi etməkdən ibarətdir.” – Ulu Öndər Heydər Əliyev
Qüdrətli Azərbaycan dövlətinin təməli...