3 il yaxındır ki, dib seysmometrləri alınsa da indiyədək mərkəzin anbarında qalıb. Belə bir açıqlama ilə respublika seysmoloji xidmət mərkəzinin direktoru Qurban Yetirmişli çıxış edib. Qurban Yetirmişli bir müddət əvvəl Bakıda 8-9 bal gücündə zəlzələnin olacağı ilə bağlı yayılan məlumatlara da aydınlıq gətirib.
Xəzər dənizində baş verən seysmik proseslərin yeni cihazlar vasitəsi ilə ölçülməsi planlaşdırlır.
Respublika Seysmoloji Xidmət Mərkəzinin direktoru Qurban Yetirmişli bildirib ki, Xəzərdə baş verən seysmik prosesləri ölçmək üçün Milli Elmlər Akademiyası tərəfindən dib seysmometrləri alınıb. Lakin 3 ilə yaxındır ki, həmin cihazlar anbarda qalıb. Fövqəladə Hallar Nazirliyi və Milli Elmlər Akademiyası Xəzərdə dib seysmometrlərinin quraşdırılmasına dəstək olmaq üçün SOCAR-a müraciət edib. Qurban Yetirmişlinin sözlərinə görə, Xəzərdə potensial gücə malik zəlzələ ocaqları var. Bu baxımdan da risklərdən qorunmaq üçün yeni cihazlar önəmli rol oynayacaq.
Direktor bir müddət əvvəl Bakıda 8-9 bal gücündə zəlzələnin olacağı ilə bağlı yayılan məlumatlara da toxunub. O, qeyd edib ki, mütəxəssisin fikri yanlış anlaşılıb. Ölkədə seysmik vəziyyətin fon səviyyəsi 8-9 baldır. Amma bu o demək deyil ki, həmin gücdə zəlzələ gözlənilir.
Qurban Yetirmişli bildirb ki,ümumiyyətlə ölkədə seysmoloji vəziyyət stabildir.
Son bir neçə ildə güclü təkanların olduğu rayonlarda da seysmik stansiyalar qurulub və mütəmadi şəkildə yoxlamalar aparılır.Xezerxeber.az
“Azərbaycanın dövlət müstəqilliyi əbədidir, dönməzdir və bizim qarşımızda duran vəzifə dövlət müstəqilliyini qorumaqdan, əbədi etməkdən ibarətdir.” – Ulu Öndər Heydər Əliyev
Qüdrətli Azərbaycan dövlətinin təməli...