Biləsuvarda 0,5 ton pambıq yanıb

Biləsuvar rayonunda 500 kq pambıq yanıb.
APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, hadisə Əsgərabad kəndində pambıq məntəqəsinin ərazisində baş verib.
Yaxınlıqda olan 5 pambıq tayası yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.​