Əmlak Məsələri Dövlət Komitəsi (ƏMDK) yanında Daşınmaz Əmlakın Reyestri Xidmətinin (DƏDRX) ərazi idarələri yeni iş rejiminə keçib.
“Report” Komitəyə istinadən xəbər verir ki, qeydiyyat ərazi ofisləri bazar ertəsini də iş günü kimi elan edib.
Başqa sözlə vətəndaş birinci günləri də qeydiyyat ərazi ofislərinə yaxınlaşaraq əmlakın qeydiyyat prosedurlarını yerinə yetirə bilərlər. İndiyə qədər bazar ertəsi DƏDRX-in ərazi idarələri üçün istirahət günü kimi müəyyən olunub.
“Vətəndaşlara əlavə olaraq daha bir gün də xidmətin göstərilməsi çevikliyin artırılmasına, daşınmaz əmlakın qeydiyyatının daha da aktivləşməsinə, rahatlığın təmin olunmasına imkan verir. Eyni zamanda əhaliyə bazar ertəsi də daxil olmaqla xidmətin göstərilməsi onların vaxtına qənaət etmiş olur”, – deyə ƏMDK-nın açıqmasında bildirilir.
“Azərbaycanın dövlət müstəqilliyi əbədidir, dönməzdir və bizim qarşımızda duran vəzifə dövlət müstəqilliyini qorumaqdan, əbədi etməkdən ibarətdir.” – Ulu Öndər Heydər Əliyev
Qüdrətli Azərbaycan dövlətinin təməli...