İngiltərənin “Everton” komandasının baş məşqçisi Ronald Kuman istefaya göndərilib. “Report” xəbər verir ki, 54 yaşlı hollandiyalı mütəxəssis uğursuz nəticələr səbəbi ilə postundan uzaqlaşdırılıb.
“Everton”un oktyabrın 22-də Premyer Liqanın IX turu çərçivəsində evdə “Arsenal”a 2:5 hesabı ilə uduzması klub rəhbərliyini radikal qərara sövq edib.
Kuman 2016-cı ilin iyununda “Everton”la 3 illik müqavilə bağlamışdı.
Qeyd edək ki, “Everton” bu yay transferlərə 142 milyon funt sterlinq xərcləsə də, komanda hazırda 8 xalla 18-ci pillədə qərarlaşıb.
“Azərbaycanın dövlət müstəqilliyi əbədidir, dönməzdir və bizim qarşımızda duran vəzifə dövlət müstəqilliyini qorumaqdan, əbədi etməkdən ibarətdir.” – Ulu Öndər Heydər Əliyev
Qüdrətli Azərbaycan dövlətinin təməli...