İranın daxili işlər naziri Azərbaycana səfər edəcək

İran İslam Respublikasının daxili işlər naziri Əbdülrza Rəhmani Fəzli Azərbaycana səfər edəcək.

İranın Azərbaycandakı səfirliyinin mətbuat xidmətinin rəhbəri Məhəmmədrza Nəcəfi APA-ya bildirib ki, nazirin Bakıya noyabrın 2-də gəlməsi gözlənilir.

Səfər zamanı bir sıra görüşlər keçirilməsi nəzərdə tutulur.