”Yeni yolların çəkilməsi sürüşmələrin aktivləşməsinə səbəb olur” belə bir açıqlamanı Coğrafiya İnstitutunun şöbə müdiri Mirnuh İsmayılov verib. “Azəravtoyol”dan iddialara cavab verilib və yol çəkilərkən geoloji araşdırmaların aparıldığını və layihənin müvafiq qurumlarla razılaşdırıldıqdan sonra həyata keçirildiyi bildirilib.
”Son vaxtlar vaxtlar Azərbaycanda xüsusilə dağlıq ərazilərdə yeni yolların çəkilməsi sürüşmə sahələrinin genişlənməsi və aktivləşməsinə səbəb olur”. Bunu Milli Elmlər Akademiyası Coğrafiya İnstitutunun Landşaftşünaslıq və landşaft planlaşdırılması şöbəsinin müdiri Mirnuh İsmayılov bildirib.
Mirnuh İsmayılov qeyd edib ki, yeni yolların çəkilməsi yamaclarda tarazlığın pozulması və sürüşmə ilə nəticələnir. Nümunə kimi isə Şamaxıdan Qızmeydana gedən yolu, həmin yolun Pirsaatçay dərəsini kəsib keçən, Pirsaatın sol yamacında olan ərazilər göstərilib. Şöbə müdirinin sözlərinə görə bu halların qarşısını almaq üçün yolları çəkən dövlət və özəl qurumlar mütləq AMEA-nın Geologiya və Geodeziya, Coğrafiya institutları ilə əlaqə saxlamalıdır.
Səsləndirilən iddialara cavab olaraq isə Azəravtoyol Açıq səhmdar cəmiyəytinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli bildirdi ki, hər bir yol hətta təmir etdirilərkən mütləq geoloji araşdırma aparılır və işlər ona uyğun həyata keçirilir.
Anar Nəcəflinin sözlərinə görə qeyd edilən ərazilərdə baş verən sürüşmə yolun tikintisi ilə bağlı deyil, təbiət hadisəsidir. Bu isə həmin ərazilər üçün xarakterik hal hesab edilir. Qaldıki, yol çəkilərkən AMEA-nın müvafiq qurumları ilə razılaşdırmaq məsələsinə, bu müvafiq qanunvericiliklə tənzimlənir.
Anar Nəcəfli onuda bildirdi ki, hazırda qurum tərəfindən heç bir yeni yolun salınması işi həyata keçirilmir.
“Azərbaycanın dövlət müstəqilliyi əbədidir, dönməzdir və bizim qarşımızda duran vəzifə dövlət müstəqilliyini qorumaqdan, əbədi etməkdən ibarətdir.” – Ulu Öndər Heydər Əliyev
Qüdrətli Azərbaycan dövlətinin təməli...