Azərbaycan hökumətinin proqnozuna əsasən, 2017-ci ildə dünya bazarında neftin 1 barrelinin orta qiyməti 50 dollar təşkil edəcək.
“APA-Economics” xəbər verir ki, bu, 2018-2021-ci illər üzrə iqtisadi və sosial inkişaf konsepsiyası və proqnoz göstəricilərində əksini tapıb.
Hökumətin proqnozlarına görə, 2018-ci ildə “qara qızıl”ın orta qiyməti 45 dollar olduğu halda, 2019, 2020 və 2021-ci illərdə isə bu rəqəm 40 dollar olacaq.
Qeyd edək ki, hazırda ICE London qitələrarası birjasında “Brent” markalı neftin 1 barrelinin dəyəri isə 0,37 dollar və ya 0,64% artaraq 57,74 dollar olub. “AzeriLight” markalı neftin 1 barelinin dəyəri isə 0,12 dollar və ya 0,20% azalaraq 58,51 dollar təşkil edib.
2018-ci ilin dövlət büdcəsi gəlirlərinin hesablanması zamanı neft gəlirlərinin hesablanmasında neftin ixrac qiyməti 45 dollar səviyyəsində qəbul edilib.
“Azərbaycanın dövlət müstəqilliyi əbədidir, dönməzdir və bizim qarşımızda duran vəzifə dövlət müstəqilliyini qorumaqdan, əbədi etməkdən ibarətdir.” – Ulu Öndər Heydər Əliyev
Qüdrətli Azərbaycan dövlətinin təməli...