Rusiyanın pul köçürmələri və ödəniş sistemi – “Contact” milli valyutada Azərbaycan, Qazaxıstan və Qırğızıstana və əks istiqamətdə pul köçürmələrini pulsuz edib.
“Report” bu barədə Rusiya mətbuatına istinadən xəbər verir.
Şirkətin ödəniş sisteminin inkişafı üzrə direktoru Sergey Nesterov bildirib ki, ikivalyutalı pulköçürmə xidmətinin inkişafı sayəsində “Contact” istifadəçiləri dollar və avroya konvertasiya etmədən milli valyutada pul göndərmək və almaq imkanı əldə edəcəklər.
Bu yeniliyin yaxın vaxtlarda digər ölkələr üçün də tətbiq olunacağı gözlənilir.
“Azərbaycanın dövlət müstəqilliyi əbədidir, dönməzdir və bizim qarşımızda duran vəzifə dövlət müstəqilliyini qorumaqdan, əbədi etməkdən ibarətdir.” – Ulu Öndər Heydər Əliyev
Qüdrətli Azərbaycan dövlətinin təməli...