Azərbaycanda ipoteka kreditləri ilə bağlı – MÜHÜM QƏRAR

“Azərbaycan İpoteka Fondu” ASC-nin Müşahidə Şurasının qərarı ilə dövlət xətti ilə verilən kommersiya xarakterli ipoteka kreditlərinin maksimal məbləği artırılıb.
 Astarainfo.az “Report”a istinadən xəbər verir ki, qərara əsasən, sözügedən məbləğ 100 min manatdan 150 min manata çatdırılıb.
Sosial ipoteka kreditlərinin maksimal məbləği isə 100 min manat olaraq qalıb.
Xatırladaq ki, hazırda kommersiya xarakterli ipoteka kreditləri illik 8%-lə, sosial ipoteka kreditləri isə illik 4%-lə verilir.