Azərbaycanda turizm cəlbediciliyini yüksəltmək məqsədilə ölkənin regionlarında 2 və 3 ulduzlu və “hostel” tipli yerləşdirmə vasitələrinin, iaşə və əyləncə xidməti obyektlərinin yaradılması dövlət tərəfindən dəstəklənəcək.
Trend-in məlumatına görə, bu barədə məsələ 2018-ci ilin dövlət büdcəsinin zərfində nəzərdə tutulur.
Bununla yanaşı ölkədə turizmin inkişaf etdirilməsi məqsədilə bir çox tədbirlərin həyata keçirilməsi planlaşdırılır. Belə ki, ölkədə əlverişli ərazilərdə yeni turizm və rekreasiya zonalarının yaradılması nəzərdə tutulur. Dövlət həmçinin hədəf ölkələri ilə birbaşa uçuşların sayının artırılması, uyğun qiymətə (“lou-kost”) xidmətlər təklif edən özəl şirkətlərin və milli aviaşirkətlərin formalaşdırılmasına dəstək göstərəcək.
Xaricdən gələn turistlərin sayının artırılması məqsədilə qış turizm komplekslərində müxtəlif mövsümlərdə böyük və cəlbedici festivalların keçirilməsi və yerləşdirmə imkanlarının təkmilləşdirilməsi nəzərdə tutulur. Bundan əlavə Xəzər dənizinin (gölünün) Azərbaycana mənsub olan bölməsindən turizm məqsədləri üçün daha səmərəli istifadəni təmin etmək məqsədilə yeni özəl və ictimai çimərliklərin yaradılması və digər bir sıra tədbirlərin həyata keçirilməsi planlaşdırılır.
“Azərbaycanın dövlət müstəqilliyi əbədidir, dönməzdir və bizim qarşımızda duran vəzifə dövlət müstəqilliyini qorumaqdan, əbədi etməkdən ibarətdir.” – Ulu Öndər Heydər Əliyev
Qüdrətli Azərbaycan dövlətinin təməli...