İlin ən yaxşı qolu müəyyənləşdi – VİDEO

FİFA ötən ilin ən yaxşılarını mükafatlandırıb. Apasport.az saytının məlumatına görə, İngiltərənin paytaxtı Londonda, “Palladium” teatrında keçirilən “The Best” adlı tədbirdə müxtəlif nominasiyalarda ən yaxşılar bəlli olub.

Əvvəlcə 2017-ci ilin ən yaxşı qolu nominasiyasında qalib müəyyənləşib.

“Ferents Puşkaş” mükafatı Fransa millisinin və “Arsenal”ın hücumçusu Olivye Jiruya təqdim olunub.

Jirunun “Arsenal” – “Kristal Palas” oyununda dabanla vurduğu qol bütün rəqiblərini qabaqlayıb.