Göz yaşı kimi duru və buz kimi sərin olan quyudan, gözlənilmədən qaynar su çıxmağa başlayıb.
Lənkəranın kəndlərindən birində qeyri-adi hadisə baş verib.
Astarainfo.az Lenkaranxeber.info -a istinadən xəbər verir ki, rayonun Səpnəkəran kəndində İmaməli Əliyevə məxsus həyətyanı sahədə 18 il öncə qazılan quyudan artıq termal su çıxmağa başlayıb.
Ev sahibləri bildirir ki, bu hal avqust ayından müşahidə olunmağa başlayıb. Evin xanımı Ceyran Əliyeva deyir ki, bu quyu həyətlərində ən sərin suyu olan quyu olub.
“Avqust ayı idi, səhər tezdən durub nasosu vurduq ki, ağacları və bağımızı sulayaq. Gördük ki, quyudan isti su çıxır. Hətta bir ağacımız suyun istisinin təsirindən quruyub yandı” — Əliyeva bildirib.
“Azərbaycanın dövlət müstəqilliyi əbədidir, dönməzdir və bizim qarşımızda duran vəzifə dövlət müstəqilliyini qorumaqdan, əbədi etməkdən ibarətdir.” – Ulu Öndər Heydər Əliyev
Qüdrətli Azərbaycan dövlətinin təməli...