“Hazırda ölkə əhalisinin 99,9%-dən çoxu rəqəmli TV yayımı ilə əhatə olunub. Bunu həyata keçirmək üçün ölkə ərazisində müxtəlif güclü 145 TV vericisi fəaliyyət göstərir”.
Bunu APA-ya Milli Televiziya və Radio Şurasının (MTRŞ) Texniki şöbəsinin müdiri, professor İsa Məmmədov deyib. O bildirib ki, yerüstü TV yayımının rəqəmli formaya keçirilməsi təsvirin canlandırma keyfiyyətinin kəskin artmasına səbəb olub: “Lakin bu, hələ tam yüksək keyfiyyət sayıla bilməz. Yüksək həlletmə qabiliyyəti – HD TV yayımı təsvirin daha keyfiyyətli olmasını, sürətli dəyişən kadrların dəqiq canlandırılmasını təmin edir. Hazırda Bakı şəhəri və Abşeron yarımadasında “CBC Sport”, “İdman Azərbaycan”, “Xəzər”, İTV və ATV telekanalları HD formatında yayımlanırlar. Əhalinin bir qismi HD formatlı TV yayımını dəstəkləməyən avadanlıqdan istifadə etdiyindən, hələlik həmin telekanalların paralel olaraq SD formatında yayımının davam etdirilməsinə ehtiyac var”.
Şöbə müdiri qeyd edib ki, HD formatlı TV yayımına keçilməsi zamanı istifadə olunacaq TV yayım vericilərinin sayının 3 dəfə artırılmasına ehtiyac yaranıb: “Yaxın gələcəkdə digər telekanalların həm Bakı şəhəri və Abşeron yarımadasında, həm də ölkənin digər şəhərlərində HD formatlı yayıma keçmələri gözlənilir”.
Qeyd edək ki, analoq TV yayımı 2016-cı il noyabrın 1-də Bakı şəhəri və Abşeron yarımadasında, 1 dekabrdan 20 dekabra kimi isə respublikanın digər bölgələrində tam dayandırılıb.
“Azərbaycanın dövlət müstəqilliyi əbədidir, dönməzdir və bizim qarşımızda duran vəzifə dövlət müstəqilliyini qorumaqdan, əbədi etməkdən ibarətdir.” – Ulu Öndər Heydər Əliyev
Qüdrətli Azərbaycan dövlətinin təməli...