“Meksika parlamentində Ermənistanla dostluq qrupunun rəhbəri Kuata Dominqez Blanka Marqarita, həmin qrupun üzvü Qarsia Bravo Maria Kristina Teresa və onları müşayiət edən digər şəxsin Azərbaycanın Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş ərazilərinə qanunsuz səfəri məsələsi araşdırılır”.
Bu barədə APA-ya açıqlamasında Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.
O qeyd edib ki, məsələ ilə bağlı Azərbaycanın Meksikadakı səfirliyinə də müvafiq təlimat verilib.
“Azərbaycanın dövlət müstəqilliyi əbədidir, dönməzdir və bizim qarşımızda duran vəzifə dövlət müstəqilliyini qorumaqdan, əbədi etməkdən ibarətdir.” – Ulu Öndər Heydər Əliyev
Qüdrətli Azərbaycan dövlətinin təməli...