Astarainfo.az xəbər verir ki, bələdiyyələrdə “Yerli demokratiya” həftəsinin keçirilməsi nəzərdə tutulur.
Azərbaycanda Yerli Demokratiya Həftəsi çərçivəsində “Yerli demokratiyanın inkişafı naminə vətəndaşların iştirakı,maarifləndirilməsi və öhdəlikləri” şüarı altında Astara bələdiyyəsində Yerli Demokratiya Həftəsi keçirilməsi nəzərdə tutulur.
Bu məqsədlə açıq və qapalı yerlərdə vətəndaşların yerli əhəmiyyətli məsələlərlə bağlı problemlərinin həlli ,onların bələdiyyənin fəaliyyətində iştirakının təmin edilməsi,müraciətlərinə baxılması ,2017-ci ildə görülmüş işlər,o cümlədən “Bir bələdiyyə-azı bir layihə ” təşəbbüsü çərçivəsində həyata keçirilmiş layihələr barədə hesabatların verilməsi və 2018-ci ilin bələdiyyə büdcəsinin və icrası nəzərdə tutulmuş layihələrin müzakirəsi ilə bağlı görüşlərin keçirilməsi nəzərdə tutulur.
“Azərbaycanın dövlət müstəqilliyi əbədidir, dönməzdir və bizim qarşımızda duran vəzifə dövlət müstəqilliyini qorumaqdan, əbədi etməkdən ibarətdir.” – Ulu Öndər Heydər Əliyev
Qüdrətli Azərbaycan dövlətinin təməli...