Körpələrdə yüksək qızdırma yaradan xəstəliklər

Üst tənəffüs yolu infeksiyaları:
Körpələrdə virusların səbəb olduğu qrip, soyuqdəymə kimi üst tənəffüs yolları xəstəlikləri yüksək qızdırmaya səbəb olur. Üst tənəffüs yolu infeksiyalarından qaynaqlanan narahatlıqların digər əlamətləri isə burun axması, öskürək, halsızlıq, iştahsızlıq və boğaz ağrısı kimi hallar müşahidə edilir.

İshal:
Astarainfo.az-ın deyerler.org-a istinadən bildirir ki, həzm sistemi problemləri başda olmaqla bir çox faktor körpələrdə ishalın meydana gəlməsinə səbəb olur. Körpələrdəki ishal bədəndəki duz və su tarazlığını poza biləcəyi üçün yüksək qızdırmaya səbəb olur. Körpələrdəki ishal problemi bədənin hərarətini 39 dərəcədən yuxarı çıxara bilər.

Orta qulaq iltihabı:
Qulağın orta qisimini örtən mukoza adlı hissənin iltihablanmasına orta qulaq iltihabı deyilir. Körpələrdə tez-tez müşahidə edilən bir xəstəlik olan orta qulaq iltihabı da yüksək qızdırmaya səbəb olan xəstəliklər arasındadır.

Sinuzit:
Burun bölgəsindəki sümüklər, çənənin üst qisimindəki sümüklər və alın bölgəsindəki sümüklərin hava ilə dolu boşluqlarına sinus deyilir. Sinusların iltihablanması isə sinuzit adı verilən xəstəliyə gətirib çıxarır. Körpələrdəki sinuzit narahatlıqlarında müşahidə edilən əlamətlərdən bir də körpənin qızdırmasının yüksəlməsidir.

Bronxit:
Bronxit – ağciyər iltihablanması nəticəsində yaranan bir xəstəlikdir. İnkişaf etmiş bronxit narahatlıqlarında yüksək qızdırma meydana gəlir. Körpələrdə, yetkinlərə görə bu xəstəlik daha ağır davam edir.