Külli miqdarda dələduzluqda təqsirləndirilən qadınlara hökm oxunub Böyüt

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Şərəfnisə Məmmədova və Elnarə Fətullayevanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
APA-nın xəbərinə görə, hakim Novruz Məmmədovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, E. Fətullayeva 11 il, Ş. Məmmədova isə 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
İttihama görə, təqsirləndirilən şəxslər “Sədərək Ticarət Mərkəzi”ndə sahibkarlıqla məşğul olan Ərəstun Mehdizadədən 100 min manatlıq məhsul alaraq pulunu ödəməyiblər. Onlar eyni üsulla “Okean” mağazasının sahibini də aldadıblar. Növbəti dəfə isə Nizami rayonunda yerləşən “Kainat” mebel salonundan övladlarına toy etmək adı ilə mebel alıblar, pulunu isə toydan sonra ödəyəcəklərini deyiblər.