Şirvan şəhərində piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.
APA-nın Mil-Muğan bürosunun xəbərinə görə, Şirvan şəhəri Heydər Əliyev prospektində, SOCAR-a məxsus, 90 JS 409 dövlət nömrə nişanlı avtobus yolu keçən Şirvan sakini, 1956-cı il təvəllüdlü Məmmədli Səxavət Musa oğlunu vurub.
Xəstəxanaya çatdırılan S. Məmmədli orada dünyasını dəyişib.
S. Məmmədlinin əvvəllər “Ədalət”, “Təzadlar” və “Həftə içi” qəzetlərində işlədiyi bildirilir.
“Azərbaycanın dövlət müstəqilliyi əbədidir, dönməzdir və bizim qarşımızda duran vəzifə dövlət müstəqilliyini qorumaqdan, əbədi etməkdən ibarətdir.” – Ulu Öndər Heydər Əliyev
Qüdrətli Azərbaycan dövlətinin təməli...