Zaqatala Olimpiya Kompleksi MMC-yə çevrilib

“Zaqatala Olimpiya İdman Kompleksi” MMC dövlət qeydiyyatına alınıb.
APA-Economics” “Vergilər” qəzetinin xüsusi buraxılışında yer alan elana istinadən xəbər verir ki, MMC-nin qanuni təmsilçisi Rəhimov Samir Yaşar oğludur.
Kompleksin nizamnamə kapitalı 10 mln. 583,4 min manat təşkil edir.