Əfsanəvi amerikalı musiqiçi vəfat edib

Əfsanəvi amerikalı rok-n-roll ifaçısı Fets Domino 89 yaşında ABŞ-da vəfat edib.
APA-nın “RT”-yə istinadən verdiyi xəbərə görə, bu barədə musiqiçinin qızı məlumat verib.
F.Domino Yeni Orleandakı evində dünyasını dəyişib. Onun ölümünün səbəbi açıqlanmır.
Rok-n-roll janrının banilərindən biri hesab edilən Fets Domino 1987-ci ildə Grammy mükafatına layıq görülüb.