Kalqari Universitetinin araşdırmasının nəticələrinə əsasən, Şimal Buzlu Okeanda dəniz buzları təxmin edildiyindən daha sürətlə əriyir.
Astarainfo.az Metbuat.az-a istinadən məlumatına görə, buzların üzərindəki duzlu qar peyk ölçülərinin dəqiqliyinə təsir göstərir.
Araşdırmanın baş müəllifi Vişnu Nandanın bildirdiyinə görə, bu o deməkdir ki, Şimal Buzlu Okeanda buz bəzi elmi proqnozlardan daha tez əriyə bilər. Həmin proqnozlara əsasən dənizdəki buzların ilk dəfə 2040-2050 illər arasında yay aylarında tamamilə əriyəcəyi güman edilir.