Kiyevdə partlayış baş verib, ölən və yaralananlar var

Ukraynanın paytaxtı Kiyevdə partlayış baş verib. Hadisə nəticəsində Ali Radanın deputatı, “Radikal” partiyasının təmsilçisi İqor Mosiyçuk yaralanıb, mühafizəçisi isə ölüb. Deputatın mətbuat katibi Anna Senikin sözlərinə görə,  Mosiyçuk “Espresso” telekanalının binasından çıxdığı zaman yolun kənarında duran avtomobil partlayıb.

SalamNews  yerli Ukrayna mətbuatına istinadən xəbər verir ki, Mosiyçukdan başqa daha 3 nəfərin yaralanıb.

Hadisə  terror aktı  kimi qiymətləndirilib.