Kiyevin mərkəzində partlayış – Deputat yaralandı – FOTO

Ukraynanın paytaxtı Kiyevdə partlayış baş verib.

Publika.az xəbər verir ki, Kiyevin mərkəzində yerləşən Espresso telekanalının çıxışında baş verən partlayışda bir nəfər ölüb, 3 nəfər yaralanıb. Bu barədə Ukrayna DİN rəhbərinin məsləhətçisi Anton Qeraşenko məlumat verib.

Ölənin şəxsiyyəti dəqiqləşməsə də, yaralananlardan biri deputat İqor Mosiyçuk, biri isə politoloqdur.

DİN rəsmisinin sözlərinə görə, telekanal yaxınlığında motosikl partladılıb.