Lənkəranda Qutan quşu tutulub

Lənkəranda Qutan quşu tutulub.
APA-nın cənub bürosunun verdiyi məlumata görə, Lənkəranın Separadi kənd sakini Əsgər Ağayev Qutan quşunu bu gün səhər taxıl sahəsində aşkar edib. Uça bilmədiyini və azyaşlılar üçün təhlükə törədəcəyini ehtimal edərək onu bağlayıb.
Qanadlarının uzunluğu 1,5 metr olan quşun xəstə olduğu üçün kənd ərazisinə düşdüyü ehtimal olunur.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq qurumlarına bu barədə məlumat verilib.
Qeyd edək ki, Qutan nadir və sayı azalmaqda olan quşdur. Keçmişdə Azərbaycan ovalıqlarının su hövzələrində geniş yayılıb. Qış mövsümündə Xəzərdə və digər böyük su hövzələrində rast gəlinir.