Astarainfo.azı-ın “Report”un Cənub bürosununa istinadən verdiyi xəbərə görə, rayonun Pirzəkücə kəndində 59 yaşlı Fərziyeva Xanımnisə Hənifə qızına məxsus evin bir otağının divarları uçub. Kənd sakinlərinin bildirdiyinə görə, ev hələ 7-8 il əvvəldən qəzalı vəziyyətdə olub. Lakin 4 nəfərlik ailənin başqa sığınacağı olmadığından bu evdə yaşayıb. Hadisə bu gün səhər saatlarında baş verib. Evin bütün əşyaları uçqun altında qalsa da, xoşbəxtlikdən ailə üzvlərindən xəsarət alan olmayıb.
Hadisə ilə bağlı əlaqədar qurumlara məlumat verilib.
“Azərbaycanın dövlət müstəqilliyi əbədidir, dönməzdir və bizim qarşımızda duran vəzifə dövlət müstəqilliyini qorumaqdan, əbədi etməkdən ibarətdir.” – Ulu Öndər Heydər Əliyev
Qüdrətli Azərbaycan dövlətinin təməli...