Moskva qətnaməyə veto qoydu – Rusiyanın qərarı ABŞ-ı qəzəbləndirdi

Rusiyanın BMT Təhlükəsizlik Şurasının Suriya barədə qətnaməsinə veto qoyması ABŞ-ın narazılığına səbəb olub.

Astarainfo.az Metbuat.az-a istinadən məlumat verir ki, Vaşinqton Moskvanı Suriya ordusunun kimyəvi hücumlarını ört-basdır etməkdə ittiham edib.
 Qeyd edək ki, sənəd Suriyada kimyəvi hücumları araşdıran beynəlxalq nümayəndələrdən ibarət istintaq qrupunun fəaliyyət müddətinin uzadılmasını nəzərdə tutur. Lakin Amerika Birləşmiş Ştatları tərəfindən hazırlanan qətnamə Rusiyanın veto qoyması üzündən qəbul olunmayıb.