Ömrü uzadan italyan PƏHRİZİ

İtaliyada yerləşən Pioppi bütün dünyanın ən sağlam kəndi kimi tanınır. Çünki bu kəndin sakinləri 100 yaşına qədər sağlam ömür sürür. Təbii ki, bunun bir neçə sirri var.

Astarainfo.az Publika.az-a istinadən  oxucuları ömrü uzadan Pioppi pəhrizi ilə tanış edib.

Pioppi xalqı şokolad, yağlı qatıq və qırmızı şərab istehlakı ilə məşğul olur. Bundan başqa dünyanın ən sağlam kəndi kimi daha çox şöhrət qazanıb.

Bazar ertəsi

Səhər yeməyi: Sadəcə, qəhvə, ya da kakos kremi

Günorta: Göbələkli omlet, hind qozlu qəhvə

Günortadan sonra: Konserv istridyə, çiyələk, yağlı qatıq, bir ovuc fındıq və darçın

Axşam: İspanaq və avokadolu bifşteks, 2 dilim tünd şokolad, bir stəkan çay

Çərşənbə axşamı

Səhər yeməyi: Təkcə hindqozlu qəhvə

Günorta: Qızarmış pomidor və hellim (pendir növü), toyuq suyunda tərəvəz şorbası, yağlı balıq və hindqozlu qəhvə

Axşam: Tərəvəzlərlə birlikdə qızardılmış balıq, iki dilim tünd şokolad və bir stəkan çay

Çərşənbə

Səhər yeməyi: Hindqozlu qəhvə

Günorta: Yağlı, hindqozlu və çiyələkli qatıq, bir ovuc fındıq, darçın, sarıkök və hindqozlu qəhvə.

Cümə axşamı

Səhər yeməyi: 2 və ya 3 yumurta, qızarmış balıq, avokado, hindqozlu qəhvə

Günorta: Kefir və ya hindqozlu smuzi, bir çimdik darçın, sarıkök və nanə

Axşam: Sızma zeytun yağı ilə hazırlanmış toyuq şorbası, kakos bombası (kakao, darçın, hindqozu yağı, kakos kremi, fındıq) bir stəkan çay

Cümə

Səhər yemək: Basdırmalı yumurta, avokado, hind qozlu qəhvə

Günorta: Balıq şorbası

Axşam: Aşağı kalorili pitsa, kakos bombası, bir stəkan çay

Şənbə

Səhər yeməyi: Fındıq əzməli omlet, çiyələk və yağlı qatıq, hindqozlu qəhvə

Günorta: Aralıq dənizi salatı

Axşam: Qızarmış toyuq, şirin kartof, kakos bombası və bir stəkan çay

Bazar

Səhər yeməyi: Qızarmış balıq, omlet, avokado və hindqozlu qəhvə

Günorta: Kefir və ya hindqozlu smuzi

Axşam: Bişirilmiş balıq, tərəvəz, fındıq.

Pioppi kəndisinin sakinləri hər səhər bir stəkan suya bir çay qaşığı alma sirkəsi əlavə edirlər.

Aytən