Qazaxıstan prezidenti Nazarbayev Azərbaycana gəlir

Oktyabrın 30-da Qazaxıstan Prezidenti Nursultan Nazarbayev Azərbaycana işgüzar səfər edəcək.

Astarainfo.az”Report”-a istinadən xəbər verir ki, bu barədə Qazaxıstan prezidentinin rəsmi internet saytında bildirilir.

Səfər zamanı Prezident Nursultan Nazarbayev Bakıda keçiriləcək Bakı-Tbilisi-Qars dəmir yolunun təntənəli açılış mərasimində iştirak edəcək.