Oktyabrın 28-29 tarixdə Rusiyanın Nefteyuqansk şəhərində Vladimir Semyonovun şərəfinə “Yuqra Kuboku” beynəlxalq turniri keçiriləcək.
Azərbaycan Güləş Federasiyasından SalamNews-a verilən məlumata görə, 14-cü dəfə keçirilən turnirdə sərbəst güləş üzrə böyüklərdən ibarət yığmamızın üzvləri də iştirak edəcək.
Məşqçilər Vahid Məmmədov və Qılman Novruzovun rəhbərliyi altında qonşu ölkəyə 7 güləşçimiz yollanacaq. Heyətdə Mahir Əmiraslanov (57 kq), Ruslan Qasımov (61 kq), Mahal Novruzov (65 kq), Coşqun Əzimov (70 kq), Orxan Abbasov (74 kq), Aleksandr Qostiyev (86 kq) və Aslanbek Alborov (97 kq) yer alıb.
Görüşlərin idarə edilməsində ölkəmizi beynəlxalq dərəcəli hakim Qərib Əliyev təmsil edəcək.
Turnirin proqramına əsasən, oktyabrın 28-də 57, 65, 74 və 97 kq çəkidə qaliblər müəyyənləşəcək. 61, 70, 86 və 125 kq çəki dərəcəsində güləşçilər isə oktyabrın 29-da qüvvələrini sınayacaq.
“Azərbaycanın dövlət müstəqilliyi əbədidir, dönməzdir və bizim qarşımızda duran vəzifə dövlət müstəqilliyini qorumaqdan, əbədi etməkdən ibarətdir.” – Ulu Öndər Heydər Əliyev
Qüdrətli Azərbaycan dövlətinin təməli...