İspaniyalı ixtiraçı Serci Santos hazırladığı robotlarla evlənməyin və yaxın gələcəkdə onlardan uşaq dünyaya gətirməyin mümkün olacağını bildirib.
Teleqraf.com xarici KİV-ə istinadla xəbər verir ki, cinsi münasibət məqsədli robotlar kəşf edən ixtiraçı bildirib ki, gələcəkdə bu robotlardan uşaq belə dünyaya gətirmək mümkün olacaq:
“16 illik həyat yoldaşı ilə birlikdə yaşayan Santos bunun sadə mexanizm olduğunu iddia edib. Həyat yoldaşı Maritsa isə evlərindəki robotun onlara ilham qaynağı olduğunu və evlilik münasibətlərini də gücləndirdiyini bildirib. İspaniyalı robot dizayneri son məhsul olan bu robotlarla olan cinsi münasibətin qadınlarla müqayisədə heç nə ilə fərqlənmədiyini ifadə edib”.
Həm süni intellekt mütəxəssisi, həm də elektronika mühəndisi olan Serci Santos bu tip cihazların insanların işlərini görməsi və onların şəxsi həyatına girməsinə çox az bir vaxt qaldığını deyib.
İxtiraçı robota əxlaqi dəyərlər proqram paketinin yükləndiyini, ədalət kimi insana məxsus məfhumlarla təchiz olunduğu bəyan edib.
Beləliklə, süni intellekt mütəxəssisi iddia edir ki, qurulacaq alqoritmlərlə ana robotdakı proqramlarla harmonik şəkildə yeni robot uşaq dünyaya gələ biləcək. Uşaq robotun xarici görkəmi isə, ata və ananın formasının harmoniyasına uyğun 3D printerlərlə yeni bədənə transformasiya olunacağını deyib.
Qeyd edək ki, robotların qiyməti 3300 ABŞ dollarıdır.