Obama administrasiyasının dövründə ABŞ və Rusiya arasında baş tutan uran razılaşması “müasir “Uoterqeytdi”.
APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bunu ABŞ prezidenti Donald Tramp bəyan edib.
“Rusiyaya uranın satışı, onun həyata keçirilməsi üsulları, bu bir kələk idi. Böyük pullar köçürüldü. Deyə bilərəm ki, bu zəmanəmizin “Uoterqeytidi”, deyə D.Tramp bildirib.
Donald Tramp seçkiqabağı kampaniya zamanı iddia edib ki, rəqibi Hillari Klinton “Uranium One” şirkətinin Rusiyanın “Rosatom” dövlət korporasiyasının nəzarəti keçməsinə mane olmadığına görə Rusiya tərəfindən vəsait əldə edə bilərdi. ABŞ prezidenti martda Nümayəndə Palatasını Hilları Klintonun Rusiya ilə əlaqələrini araşdırmağa çağırıb: “Niyə Nümayəndə Palatasının kəşfiyyat üzrə komitəsi Bill və Hillari Klintonların Rusiya ilə sövdələşməsini araşdırmaq istəmir? Məhz bu sövdələşmədən sonra ABŞ-ın uran ehtiyatlarının 20 faizi Rusiyaya verildi”.
Xatırladaq ki, ötən il ABŞ-da keçirilən seçkiqabağı kampaniya zamanı prezidentliyə namizədlər D.Tramp və H.Klinton bir-birilərini Rusiya hakimiyyəti ilə əlaqədə olmaqda ittiham ediblər.
“Uoterqeyt qalmaqalı” 1972-ci ildə, ABŞ-da prezident seçkilərinə 4 ay qalmış baş verib və prezident Riçard Niksonun istefası ilə nəticələnib.
Bu gün Respublikanın hər yerində olduğu kimi Astara rayonunun ümumtəhsil məktəblərində də 2021-2022-ci tədris ilinin ilk dərs günüdür.
İlk dərs günündə Astara rayon İcra Hakimiyyətinin...