2020-ci il Avropa çempionatının açılış oyununu keçirmək üçün Bakı şəhərinin də namizədliyi irəli sürülüb. AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentindən “Report”a verilən məlumata görə, UEFA-nın göndərdiyi müvafiq sorğusuna cavab müsbət olub.
Bununla yanaşı, açılış oyununun Bakı Olimpiya Stadionunda keçirilmə şanslarının az olduğu vurğulanıb. Səbəb kimi 2019-cu ildə Avropa Liqasının final matçının bu arenada təşkil olunacağı göstərilib.
AVRO-2020-nin keçiriləcəyi 13 stadiondan “Uembli” (London) açılış oyununa ev sahibliyi edə bilməz. Çünki bu arenada yarımfinal və final oyunları keçiriləcək. Bakı Olimpiya Stadionu isə qrup mərhələsinin 3 oyunundan əlavə, “Alyans Arena” (Münhen), “Sankt-Peterburq” və “Olimpiko” (Roma) stadionları ilə birgə 1/4 final görüşlərinə ev sahibliyi edəcək. Bu şəhərlərdən Sankt-Peterburq artıq namizədliyini irəli sürüb. Qalan 5 namizədin də böyük stadionlara malik şəhərlərdən biri olacağı gözlənilir. 68700 nəfərlik Bakı Olimpiya Stadionu oyunlara ev sahibliyi edəcək digər 8 arenanı tamaşaçı tutumunda üstələyir.
*** 11:53
Futbol üzrə 2020-ci il Avropa çempionatının açılış matçını keçirmək üçün 6 şəhər namizədliyini irəli sürüb. “Report” xəbər verir ki, bu barədə TASS-a UEFA-nın baş katibi Teodor Teodoridis bildirib.
Onun sözlərinə görə, Sankt-Peterburqla (Rusiya) yanaşı, daha 5 şəhər ilk oyunu təşkil etməyə iddialıdır. UEFA rəsmisi bununla bağlı yekun qərarın qurumun 2018-ci ilin fevralında və ya iyununda baş tutacaq İcraiyyə Komitəsinin iclasında veriləcəyini söyləyib: “Sankt-Peterburqun şanslarını dəyərləndirmək istəməzdim. UEFA İcraiyyə Komitəsi müəyyən meyarlara əsasən qərar çıxaracaq”.
Qeyd edək ki, 12 iyun – 12 iyulda təşkil olunacaq 2020-ci Avropa çempionatı ilk dəfə Avropanın 13 şəhərində keçiriləcək. Bakı ilə yanaşı, London, Münhen, Sankt-Peterburq, Roma, Kopenhagen, Buxarest, Amsterdan, Dublin, Bilbao, Budapeşt, Brüssel və Qlqazo qitə birinciliyinə ev sahibliyi edəcək. Yarımfinal və final matçları İngiltərənin paytaxtında olacaq.
“Azərbaycanın dövlət müstəqilliyi əbədidir, dönməzdir və bizim qarşımızda duran vəzifə dövlət müstəqilliyini qorumaqdan, əbədi etməkdən ibarətdir.” – Ulu Öndər Heydər Əliyev
Qüdrətli Azərbaycan dövlətinin təməli...