Astarainfo.az xəbər verir ki, oktyabrın 27-də  Astara Heydər Əliyev Mərkəzində Rejissor  Tofiq Tağızadənin “Uzaq sahillərdə” bədii filmi nümayiş etdirilib.
Astara Heydər Əliyev Mərkəzinin direktoru Kübra Səmədova Azərbaycan filminin yaranma tarixi,  milli kinonun keçdiyi inkişaf yolu və Azərbaycan filminə olan dövlət dəstəyindən  geniş məlumat verdi.
Filmin nümayişində 12 nəfər tamaşaçı iştirak edirdi.