Çinin Tsindaoda əyalətində yerləşən “China Railway Rolling Corporation” lokomotivqayırma şirkəti 2014-cü ildən üzərində çalışdığı layihəni yekunlaşdırıb.
Astarainfo.az Publika.az-a istinadən xəbər verir ki, hidrogen yanacaq elementləri ilə işləyən tramvaylar digər nəqliyyat vasitələrindən fərqli olaraq ətrafa havanı çirkləndirəcək zəhərli maddələr yaymayacaq. Tramvayın hidrogen balonları təxminən 1000 kiloqrama yaxın yüksək təzyiqə davamlı keyfiyyətli karbon lifl materiallarından yığılıb. Ən üstün cəhəti isə yanacaq elementləri Selsi şkalası üzrə 100 dərəcədən artıq qızmır və atmosferi azot oksidi ilə çirkləndirmir. Yanacaq elementlərinin bütün tullantıları sadəcə təmiz sudan ibarətdir.
Tramvayı 15 dəqiqə ərzində hidrogenlə təchiz etmək mümkündür. Bu vaxt ərzində toplanılan yanacaqla isə saatda 70 kilometr sürətlə 40 kilometrlik məsafəni qət etmək olur.
Çinli mütəxəssislər dairəvi marşrut üzrə 3 reysin xəttə buraxıldığını qeyd edib. Vaqonların hər biri minimum 60, maksimum 380 nəfər sərnişini rahat daşıya bilmə gücünə malikdir.