Heydər Əliyev Sarayında tanınmış yerli caz ifaçılarının konsert proqramı keçirilib. APA-nın məlumatına görə, konsertin aparıcısı Rahib Azəri Azərbaycan və dünya caz musiqisinin tarixindən, Azərbaycan caz musiqisinin inkişafı və təbliği üçün görülən işlərdən,gənc caz ifaçılarına verilən dəstəkdən danışıb.
“jAzzeri Muğam Bands” caz musiqisi axşamında əməkdar artist Mircavad Cəfərov və “Cəngi” etno-caz qrupu, əməkdar artist Şirzad Fətəliyev (nəfəs alətləri), çoxsaylı müsabiqələrin laureatları, ifaçılar Arslan Növrəsli (tar), Şəhriyar İmanov (tar), Elvin Bəşirov, Nicat Aslanov və Afşin Əlizadə çıxış ediblər.
Konsertdə səsləndirilən yerli caz kompozisiyaları və dünyaca məşhur əsərlər alqışlarla qarşılanıb.
Qeyd edək ki, APA, Lent.az, Vesti.az, APA TV və Kulis.az konsertin informasiya dəstəkçisidir.