İtaliyada meşə yanğınları davam edir – Ölən var

İtaliyanın şimalındakı Pyemont vilayətində iki həftədən çoxdur davam edən meşə yanğınları daha geniş ərazini əhatə edib.
Astarainfo.az-ın Trend-ə istinadən məlumatına görə, yanğın 1600 hektardan çox ərazini əhatə edib.
Son məlumata gröə, yanğınlar 60-dan çox yaşayış məntəqəsinə təsir göstərib, böyük fəsadlara yol açıb.
Son sutka ərzində ailə üzvlərini yanğından çıxarmağa çalışan bir nəfər həlak olub.
Hazırda hadisə bölgəsində yanğınla mübarizə üçün 300-ə yaxın yanğınsöndürən fəaliyyət göstərir.