Mingəçevirdə uşaq bağçasında yanğın olub – FOTO

Mingəçevir şəhərində uşaq bağçasında yanğın olub.
Astarainfo.az -ın “Report”-a istinadən məlumatına görə, hadisə 13 saylı Uşaq bağçası – körpələr evində qeydə alınıb.
Məlumata görə, yanğın bağçanın həyətində olan ağacdan başlayıb və bağçanın inzibati binasına keçib.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mingəçevir Şəhər Yanğından Mühafizə Xidmətinin yanğınsöndürənləri və canlı qüvvəsi cəlb edilib. Bağçanın kollektivi və uşaqlar təxliyə edilərək təhlükəsiz əraziyə köçürülüb.