Qazaxıstan prezidenti Nursultan Nazarbayev qazax dilinin latın qrafikalı əlifbaya mərhələli keçidi haqqında fərman imzalayıb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, fərmana əsasən Qazaxıstan əlifbasının latın qrafikasına keçid prosesini təmin etmək üçün milli komissiyanın yaradılması barədə göstəriş verilib.
Fərman Qazaxıstanın 2025-ci ildə tam şəkildə latın qrafikalı əlifbaya keçməsini nəzərdə tutur.
Məlumata görə, fərmana latın qrafikasına əsaslanmış qazax dilinin 32 hərfdən ibarət əlifbası əlavə edilib.
Qazaxıstanda 1920-ci ilədək ərəb qrafikalı əlifbadan istifadə edilib. 1920-40-cı illərdə latın qrafikalı əlifbadan, 1940-cı ildən isə 42 hərfli kiril qrafikalı əlifbadan istifadə edilib.
“Azərbaycanın dövlət müstəqilliyi əbədidir, dönməzdir və bizim qarşımızda duran vəzifə dövlət müstəqilliyini qorumaqdan, əbədi etməkdən ibarətdir.” – Ulu Öndər Heydər Əliyev
Qüdrətli Azərbaycan dövlətinin təməli...