Qızıl 1 dollar ucuzlaşıb

Amerika fond bazarında Dow Jones indeksi 0,31% – 23 400,86 bəndədək, S&P 500 0,13% – 2 560,40 bəndədək bahalaşıb, NASDAQ isə 0,11% – 6 556,77 bəndədək ucuzlaşıb.
APA-Economics” xəbər verir ki, Avropa fond bazarlarında FTSE 100 indeksi 0,53% – 7 486,50 bəndədək, Almaniya DAX-ı 1,39% – 13 133,28 bəndədək, Fransa CAC-40-ı isə 1,50% – 5 455,40 bəndədək bahalaşıb.
COMEX-də sonuncu hərraclarda qızılın unsiyasının qiyməti 1,00 dollar azalaraq 1 268,60 dollara, gümüş isə 0,03 dollar ucuzlaşaraq 16,78 dollara satılıb.