Astarainfo.az xəbər verir ki, Azərbaycanı dünya arenalarında layiqincə təmsil edən tanınmış cüdoçu, Paralimpiya çempionu Ramin İbrahimov Türkiyədə Dünyagöz Xəstanasında əməliyyat olunub.
20 ildir bu əməliyyatı gözlədiyini deyən idmançı hazırda özünü yaxşı hiss edir. Həkimlər böyük risk tələb edən göz qişasının dəyişdirilməsi əməliyyatını uğurla həyata keçiriblər. İdmançı sol gözündən əməliyyat keçirdiyini və bu əməliyyat sayəsində görmə qabiliyyətinin 80 faizə qədər artacağını bildirib.
Xatırladaq ki, təcrübəli cüdoçumuz hazırda cüdo üzrə qızlardan ibarət paralimpiya yığmasının baş məşqçisidir. Qeyd edək ki, cüdoçu qızlarımız idman karyerasını uğurla başa vuran Ramin İbrahimovun rəhbərliyi altında dəfələrlə çox sayda qələbələrə imza atıblar. Risk tələb edən əməliyyatı gözə alan baş məşqçi bu əməliyyatın onun karyerasına daha da güc qatacağına əmin olduğunu bildirib.
Samir Qurbanov

Astarainfo.az