Xəzər İbrahim etimadnaməsini Rəcəb Tayyib Ərdoğana təqdim edib

Azərbaycanın Türkiyədəki yeni səfiri Xəzər İbrahim etimadnaməsini prezident Rəcəb Tayyib Ərdoğana təqdim edib.
“Report” xəbər verir ki, bu haqda Türkiyə KİV-i məlumat yayıb.
X.İbrahim Türkiyə prezidentinə həyat yoldaşını, övladlarını və səfirliyin əməkdaşlarını təqdim edib.
R.T.Ərdoğan Azərbaycan səfiri və onu müşayət edənlərlə xatirə fotosu çəkdirib.