Bakı-Tbilisi-Qars dəmir yolu tarixi layihədir.
Astarainfo.az Trend-ə istinadən məlumatına görə, Bakıda dəmir yolunun açılış mərasimində çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev deyib.
Dövlətimizin başçısı qeyd edib: “Bugünkü təntənəli mərasimdə qardaş, dost ölkələrdən qonaqlar gəlmişlər. Mən xüsusilə bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı, Gürcüstan, Özbəkistan, Qazaxıstan Baş nazirlərinin Tacikistan, Türkmənistan nazirlərini salamlayıram və bu mərasimdə iştirak etdiklərinə görə onlara dərin təşəkkürümü bildirirəm.
Əziz qonaqlar! Sizin bu gün bu mərasimdə iştirakınız Bakı-Tbilisi-Qars dəmir yolunun əhəmiyyətini bir daha əyani şəkildə göstərir. Bakı-Tbilisi-Qars dəmir yolu tarixi layihədir, strateji əhəmiyyətli layihədir”.