“Qarabağ” Madriddə

Çempionlar Liqasının qrup mərhələsinin üçüncü turunda “Atletiko”nu qonağı olacaq “Qarabağ” artıq Madriddədir.

Astarainfo.az Qol.az-a istinadən  xəbər verir ki, Ağdam klubu bu gün çarter reysi ilə İspaniya paytaxtına yollanıb.

“Qarabağ”ən əsas komandası ilə yanaşı, U-19 komandası da səfərə çıxıb. Madridə yollananlar arasında “Qarabağ”ın prezidenti Tahir Gözəl, futbol veteranlarından İsgəndər Cavadov, Aslan Kərimov, Cahangir Həsənzadə, Azərbaycanın məşhur “Şən və Hazırcavablar Klubu” – KVN-çi Bəhram Bağırzadə və digərlər var.

“Qarabağ”ın ümumi nümayəndə heyəti 108 nəfərdən ibarətdir.

Qeyd edək ki, Madriddə hava limanında “Qarabağ”ı azərbaycanlı azarkeşlər qarşılayıb