“APA Holdinq”in rəhbəri İranın “Səhər” televiziyasına müsahibə verib apa holdinq in rehberi iranin seher televiziyasina musahibe verib

İranda səfərdə olan “APA Holdinq”in prezidenti Vüsalə Mahirqızı “Səhər” beynəlxalq televiziyasına müsahibə verib.
APA-ın Tehran bürosunun məlumatına görə, V. Mahirqızı telekanalın Azərbaycan-İran əlaqələri, iki ölkə mediası arasında əməkdaşlıq və digər məsələlərlə bağlı suallarını cavablandırıb.
Qeyd edək ki, “Səhər” beynəlxalq televiziyası 1997-ci ildə rəsmi fəaliyyətə başlayıb. Kanal 6 dildə (Azərbaycan, ingilis, fransız, kürd, Bosniya və urdi) yayımlanır.